Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş növbəti belə görüş Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə sahənin mövcud vəziyyəti və inkişafı iqtiqamətində təkliflər səsləndirilib, iaşə sektoruna münasibətdə dövlət tərəfindən dəstək mexanizmləri və vergi tənzimləmələri, şikayətlərə baxılması müddətlərinin optimallaşdırılması barədə müzakirələr aparılıb, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Dövlət – biznes əməkdaşlığının inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı