Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ iqtisadiyyatı 2.8% böyüyüb - BBN

ABŞ iqtisadiyyatı 2.8% böyüyüb

2024-cü ilin III rübündə ABŞ iqtisadiyyatı 2.8% (Ümumi Daxili Məhsul-ÜDM) artım nümayiş etdirib. Oktyabr ayında özəl sektora 233 000 iş yeri əlavə edilib və əməkhaqqı isə 4.6% artıb. Eyni ayda müştərilərin inam indeksi isə 11% yüksəlib. 

BBN.az bu barədə NBC News TV kanalına istinadən xəbər verir.  

Məlumat üçün bildirək ki, NBC-nin apardığı sorğuda iştirak edən respondentlərin 50%-i bu fikirdədir ki, ABŞ iqtisadiyyatı zəifdir. Həmçinin bildirilir ki, inflyasiya ensə də, istehlakçılar son illərdə iqtisadiyyatda baş verən zəifləmədən hələ də əziyyət çəkirlər. Məsələn, 2020-ci ildə mənzil bazarında ipoteka ilə olan mənzilin qiyməti 400 600 dollar idisə, 2024-cü ildə bu rəqəm 501 100 dollara yüksəlib. İpoteka faizləri isə 2.99%-dən 7.03%-ə qədər artıb. İpoteka alıcılarının aylıq ödənişi isə 1349 dollardan 2675 dollara qədər artıb. Qeyd edilir ki, supermarket və mənzil bazarındakı son rəqəmlər, ÜDM-dəki artımı əks etdirmir. 

Related posts

AccessBank QSC salfet təchizatı üzrə tenderi elan edir

Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı