Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ABA üzv bankların nümayəndələri arasında görüş keçirilmişdir - BBN

Azərbaycan Respublikasının Mərkəzi Bankı və ABA üzv bankların nümayəndələri arasında görüş keçirilmişdir

14 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların müvafiq rəhbər nümayəndələri arasında görüş keçirilmişdir.

Görüş zamanı AMB tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nın icrası çərçivəsində “Account switching” (Bank hesablarının əlaqələndirilməsi) mövzusu ətrafında müzakirələr aparılmışıdır.

Əlavə edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

ABA ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında görüş keçirilib

“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək

Bakıda keçiriləcək IsDB-nin İllik Toplantılarının mövzusu açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı