Azərbaycan Respublikasının Mərkəzi Bankı “YAŞAT” Fonduna könüllü ödənilən ianələrin köçürülməsi imkanlarını genişləndirdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılmışdır.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/yasat) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://vxsida.gov.az/az/article/1484) yerləşdirilmişdir.

YAŞAT” Fondunun bank rekvizitləri

Bankın adı:Azərbaycan Respublikası Beynəlxalq Bankı Mərkəzi filial
Bankın ünvanı:Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Tağıyev küç. 3
Bankın telefonları:(+99412) 937
Kod:805722
VÖEN:9900001881 
Müxbir hesab:AZ03NABZ01350100000000002944
S.W.İ.F.T Cod:IBAZAZ 2X
Benefisiarın adı:YAŞAT FONDU
VÖEN:1701393691
Hesablaşma hesabları: 
AZNAZ76IBAZ38090019447968925204
TRYAZ98IBAZ38190019497968925204
USDAZ66IBAZ38190018407968925204
EURAZ46IBAZ38190019787968925204
RURAZ83IBAZ38190018107968925204
GBPAZ61IBAZ38190018267968925204

Related posts

ABB-nin Suraxanı filialı da yeniləndi!

Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək

Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı