Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 2,1 % artırıb - BBN

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 2,1 % artırıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Rusiyaya 731,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % artıb.

Hesabat dövründə Azərbaycanın Türkiyəyə qeyri-neft-qaz ixracı illik müqayisədə 15 % artaraq 390,6 milyon dollar, Gürcüstana ixracı 78,8 % artaraq 328,05 milyon dollar, İsveçrəyə ixracı isə 34,8 % artaraq 251,6 milyon dollar təşkil edib.

Ümumilikdə, 2026-cı ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri qeyri-monetar qızıl nəzərə alınmadan 18,3 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

Related posts

Azərbaycanda avtomobil benzini istehsalı 2,3 % artıb

ABŞ-da təbii qazın qiyməti 2,75 dollara yüksəlib

“Azeri Light”ın qiyməti 94 dollara yaxınlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı