Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
BBN.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları və ya 1,6 % azalaraq 93,97 ABŞ dollarına düşüb.
Qeyd edək ki, “Azeri Light”ın əvvəlki qiyməti 95,5 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.