Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan texnologiya sektoruna xarici investisiyaları artırmağa çalışır - BBN

Azərbaycan texnologiya sektoruna xarici investisiyaları artırmağa çalışır

Azərbaycan texnologiya şirkətlərinin və vençur kapitalının inkişafını dəstəkləyən islahatlar həyata keçirərək ölkənin texnologiya sektoruna xarici investisiyaların cəlb edilməsini sürətləndirməyə çalışır.

BBN.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.

Agentliyin məlumatına görə, Azərbaycan hökuməti texnologiya sektorunun ÜDM-dəki payını artırmağı və Bakını Xəzər dənizi sahilində texnologiya və innovasiya mərkəzinə çevirməyi hədəfləyir.

İyul ayında qəbul edilən qanun investisiya alətləri üçün hüquqi baza yaradıb. Hökumətin gözləntisinə görə, yeni çərçivə startap və investorların sövdələşmələri xarici yurisdiksiyalarda hüquqi şəxslər yaratmadan Azərbaycanda strukturlaşdırmasına imkan verəcək. Bu isə xərclərin azalmasına və növbəti maliyyələşdirmə mərhələlərinin asanlaşdırılmasına şərait yaradacaq.

Rəqəmsal inkişaf nazirinin müavini Rəşad Həsənov “Reuters”ə bildirib ki, xarici vençur kapitalı fondlarının, eləcə də korporativ və institusional investorların texnologiya sektoruna yeni maliyyələşmənin əhəmiyyətli hissəsini təmin edəcəyi gözlənilir.

Onun sözlərinə görə, Bakı yerli və beynəlxalq kapitalı bir araya gətirəcək fond yaratmağı da planlaşdırır. Fondun həcmi isə layihə portfelinin keyfiyyəti və cəlb ediləcək tərəfdaşlardan asılı olacaq.

Həsənov qeyd edib ki, bu istiqamətdə Sinqapur və Estoniya da daxil olmaqla müxtəlif ölkələrin təcrübəsi araşdırılıb.

Mərkəzi Bankın sədri Taleh Kazımov isə bildirib ki, səhm və borc əsaslı kütləvi maliyyələşdirmə üçün hüquqi çərçivənin yaradılması bazara yeni oyunçuların daxil olmasına imkan verəcək. Onun sözlərinə görə, Mərkəzi Bankın müvafiq qaydaları təsdiqləmək üçün altı ayı var.

Related posts

“X” gəlir paylaşımı proqramını dəyişir

“Microsoft” 300 mindən çox yeni süni intellekt çipi istehsal etməyə hazırlaşır

“Intel” 15 milyard dollar kapital cəlb etməyə hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı