Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında əməkdaşlığın inkişafına yönəlmiş sənədlər imzalanıb.
İmzalanma mərasimi iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi çərçivəsində baş tutub.
Sənədlər Azərbaycan Prezidenti İlham Əliyev və İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə imzalanıb.
Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, inkişaf layihələrinin maliyyələşdirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma hesab olunur.