Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Macarıstanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb - BBN

Azərbaycan və Macarıstanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Macarıstanın mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Onun sözlərinə görə, sənəd Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının ikinci toplantısı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədri Mixali Varqa ilə imzalanıb.

“Rəhbərlik etdiyimiz qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzaladıq”, – deyə T.Kazımov bildirib.

Memoranduma əsasən, tərəflər monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahələrində qarşılıqlı məlumat mübadiləsi aparacaqlar.

Bununla yanaşı, görüşlər, seminarlar, təcrübə mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə iki qurum arasında texniki əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur.

Related posts

Mərkəzi Bank innovativ maliyyə məhsullarının sınağı üçün müraciət qəbuluna başlayıb

Özbəkistanda sığorta sektorunun ÜDM-də payı Azərbaycandan aşağıdır

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı