Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının II toplantısı keçirilib - BBN

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının II toplantısı keçirilib

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının II toplantısı keçirilib.

Tədbirdə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Milli Bankının nümayəndə heyəti, Qırğızıstan, Özbəkistan və Türkiyə mərkəzi banklarının rəhbərləri, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kiprin mərkəzi banklarının sədrləri iştirak ediblər.

Toplantının açılışında çıxış edən AMB-nin sədri Taleh Kazımov bildirib ki, Şura iştirakçı ölkələr və qurumlar arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır. O qeyd edib ki, qlobal və regional iqtisadiyyatda qeyri-müəyyənliklərin artdığı, maliyyə bazarlarında dəyişkənliyin yüksəldiyi və rəqəmsal texnologiyaların sürətlə yayıldığı bir dövrdə bu platforma ortaq çağırışların həlli baxımından mühüm əhəmiyyət daşıyır.

TDT-nin baş katibi K.Ömüralıyev isə Şuranın son iki ildəki fəaliyyəti və regional əməkdaşlığın inkişafına verdiyi töhfələr barədə məlumat verib.

Toplantının ilk sessiyası “Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri” mövzusuna həsr olunub. AMB-nin baş direktoru Vüqar Əhmədov pul siyasəti və maliyyə sabitliyi istiqamətində Azərbaycanın təcrübəsi barədə təqdimatla çıxış edib. Sessiya çərçivəsində sual-cavab müzakirələri və nümayəndə heyətlərinin çıxışları da baş tutub.

İkinci sessiyada isə “Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı” mövzusu müzakirə edilib. AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi ölkədə rəqəmsal maliyyə ekosisteminin inkişafı istiqamətində görülən işlər və planlaşdırılan təşəbbüslər barədə təqdimatla çıxış edib.

Müzakirələr zamanı iştirakçılar Şuranın regional və qlobal əhəmiyyətli platforma kimi fəaliyyətinin genişləndirilməsinin və mərkəzi banklar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Toplantının yekununda əldə olunmuş razılaşmaları və gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən “Kommunike” imzalanıb. Həmçinin Şuranın III toplantısının 2027-ci ildə Türkiyədə keçirilməsi barədə qərar qəbul olunub.

Related posts

Azərbaycan və Macarıstanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Beş ayda vətəndaşlara və şirkətlərə 122 milyon manatdan çox vəsait geri qaytarılıb

Sənaye zonalarına yatırılan investisiyalar 5 dəfədən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı