Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb - BBN

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Bu il dekabrın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 805 mini keçib.

BBN.az-ın bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi xəbərə görə 5 ilə yaxın müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

“5 ilə yaxın müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 403,4 min vahid artıb. O cümlədən, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 355,1 min artaraq 895 minə çatıb”, – deyə məlumatda qeyd olunub.

Related posts

Ticarət müharibəsi dərinləşir, Kanada bankları isə gözləntiləri üstələdi

Mobil rabitə sektorunun gəlirləri artıb

ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı