Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 1,3 milyard manat sosial ödəniş həyata keçirilib - BBN

Azərbaycanda 1,3 milyard manat sosial ödəniş həyata keçirilib

2026-cı ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) 1 milyon 68 min şəxsə ümumilikdə 1 milyard 314 milyon manat müavinət və Prezident təqaüdü ödəyib.

BBN.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə 505 min nəfərə 738 milyon manat müavinət, 405 min nəfərə 474 milyon manat Prezident təqaüdü, 158 min nəfərə isə sosial sığorta hesabına 102 milyon manat müavinət ödənilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin həcmi müavinətlər üzrə 13 %, Prezident təqaüdləri üzrə 14 %, sosial sığorta hesabına ödənilən müavinətlər üzrə isə 8 % artıb.

Cari ilin ilk 7 ayında daha 86 min müavinət və təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

2019-cu ildən, yəni sosial ödənişlərin elektron təyinatına başlanıldığı vaxtdan indiyədək isə e-sistem vasitəsilə ümumilikdə 966 min müavinət və təqaüd təyinatı aparılıb.

Related posts

Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir

Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb

Xalq Bank müştərilərinə illik 10,5%-dək gəlir əldə etmək imkanı yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı