Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 8 ayda 19,3 milyon ton neft hasil edilib - BBN

Azərbaycanda 8 ayda 19,3 milyon ton neft hasil edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19,3 milyonton neft (kondensatla birlikdə) hasil edilib.

BBN.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında bildirilib.

Məlumatda deyilir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon ton və ya 4,9 % azdır.

Bu il respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, bir il öncəki göstərici ilə müqayisədə AÇG üzrə neft hasilatı 1 milyon ton və ya 8,3 % azdır.

“Şahdəniz” yatağından 2,8 milyon ton kondensat hasil edilib. Bu isə 2023-cü ilin 8 ayının hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon və ya 3,5 % azdır. Həmçinin, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 0,2 milyon ton və ya 3,8 % azdır.

 

Related posts

Azərbaycan nefti 79.76 dollara ticarət olunur

ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib

Liviyada neft hasilatı son 13 ilin ən yüksək həddinə çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı