Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 86,1 min nəfərə sosial müavinət və təqaüd proaktiv qaydada təyin olunub.
BBN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslərə həm aylıq, həm də birdəfəlik sosial ödənişlər təyin edilib.
Məlumata görə, proaktiv qaydada sosial müavinət və təqaüd alanların 52,8%-ni kişilər, 47,2%-ni isə qadınlar təşkil edib.