Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda AI “chatbot” bazarında liderlik ChatGPT-də qalır - BBN

Azərbaycanda AI “chatbot” bazarında liderlik ChatGPT-də qalır

Azərbaycanda AI “chatbot” bazarında liderlik ChatGPT-də qalır

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalar üzrə (kompüter, mobil cihazlar və planşetlər) süni intellekt əsaslı “chatbot”lar arasında ChatGPT bazar liderliyini qoruyub saxlayıb.

Dekabr ayında ChatGPT-nin ümumi bazar payı 90,78 % təşkil edib. Bu göstərici noyabr ayı ilə müqayisədə 3,29 faiz bəndi azdır.

İkinci yerdə qərarlaşan Google Gemininin bazar payı ay ərzində 2,33 faiz bəndi artaraq 4,24 %-ə yüksəlib. Beləliklə, Gemini-nin bazar payı bir ay ərzində təxminən 2,2 dəfə artıb.

Üçüncü pillədə yer alan Perplexitynin bazar payı dekabr ayında 0,97 faiz bəndi artaraq 2,88 % olub.

Microsoft Copilot isə 1,7 % bazar payı ilə dördüncü yerdə qərarlaşıb. Bu göstərici əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi azdır.

İlk beşliyi Claude tamamlayır. Onun bazar payı 0,4 % təşkil edib ki, bu da noyabr ayına nisbətən 0,08 faiz bəndi artım deməkdir.

Platformalar üzrə AI “chatbot”larının bazar payı

Kompüterlərdə:

  • ChatGPT – 90,68 % (noyabra nisbətən 3,25 faiz bəndi az);

  • Google Gemini – 4,19 % (+2,55 faiz bəndi);

  • Perplexity – 2,82 % (+0,92 faiz bəndi);

  • Microsoft Copilot – 1,88 % (-0,27 faiz bəndi);

  • Claude – 0,44 % (+0,06 faiz bəndi).

Mobil cihazlarda:

  • ChatGPT – 91,72 % (-3,05 faiz bəndi);

  • Google Gemini – 4,73 % (+1,46 faiz bəndi);

  • Perplexity – 3,55 % (+1,59 faiz bəndi).

Planşetlərdə:

  • ChatGPT – 100 % (dəyişiklik qeydə alınmayıb).

Related posts

SESRIC rəsmisi: “Yaşıl texnologiyalar” dayanıqlı şəhər inkişafının əsas açarıdır

Azərkosmos yerli tərəfdaşlarla əməkdaşlığın genişlənəcəyinə ümid edir

ABŞ və Azərbaycan kosmik əməkdaşlığı genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı