Azərbaycanda vətəndaşların borclanması yalnız real ehtiyaclara və maliyyə imkanlarına uyğun şəkildə həyata keçirilməlidir.
BBN.az xəbər verir ki, bu fikirləri Şahin Mahmudzadə səsləndirib.
O bildirib ki, borclanmanın azalması əsas məqsəd deyil: “Kreditləşmə iqtisadiyyat üçün vacibdir, lakin bu proses sağlam əsaslar üzərində və müəyyən limitlər daxilində aparılmalıdır. Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunan bütün maliyyə və kapital alətləri insanların yalnız ödəmə qabiliyyətlərinə uyğun borclanmalarını təmin etməyə yönəlib”.
Ş.Mahmudzadənin sözlərinə görə, hazırda kreditləşmə ilə bağlı riskli və gözlənilməz vəziyyət müşahidə olunmur: “Region ölkələri ilə müqayisədə Azərbaycanda borclanma səviyyəsi aşağıdır və əhalinin həddindən artıq borclandığını söyləmək düzgün olmaz”.