Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ölkənin aparıcı banklarından olan “Kapital Bank” ASC, “Paşa Bank” ASC, “Unibank” KB ASC, “Xalq Bank” ASC və “Yapı Kredi Bank Azərbaycan” ASC-də görüşlər keçirilmiş və insan resurslarının idarə olunması sahəsində qabaqcıl təcrübələri ilə yaxından tanış olmuşlar. Görüşlər zamanı insan kapitalının idarə olunması, işçi məmnuniyyəti, korporativ mədəniyyətin formalaşdırılması, istedadların cəlb olunması və saxlanılması, performansın qiymətləndirilməsi sistemləri, əməkdaşların peşəkar inkişaf proqramları, liderlik potensialının formalaşdırılması, habelə HR proseslərinin rəqəmsallaşdırılması istiqamətlərində fikir mübadiləsi aparılıb.
Qırğızıstan banklarının nümayəndələri həmçinin 9 – 10 iyun 2026-cı il tarixində Bakı şəhərində keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) tədbirində iştirak etmişlər. Nümayəndə heyəti Sammit çərçivəsində bankçılıq və maliyyə sektorunda qlobal tendensiyalar, rəqəmsal transformasiya, innovativ maliyyə texnologiyaları, dayanıqlı inkişaf və insan kapitalının idarə olunması istiqamətlərində keçirilən panel müzakirələri və təqdimatlarla tanış olmuş, beynəlxalq ekspertlər və sektor nümayəndələrin müzakirələrini və çıxışlarını dinləmişlər.
Səfər çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi, birgə təlim və inkişaf proqramlarının təşkili, həmçinin Türk dövlətlərinin bank sektorları arasında insan resurslarının idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
ABA tərəfindən tərəfdaş ölkələrinin bank sektorları arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyi, hər il ekspertlər üçün 20-dən artıq bu tip xarici səfərlərin təşkil edildiyi vurğulanmış,, bu istiqamətdə beynəlxalq əməkdaşlıq təşəbbüslərini bundan sonra da dəstəkləməyə davam edəcəyini qeyd edilmişdir.