Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış elektron poçt sayı ötən rüb 6 dəfə artıb

2025-ci ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış elektron poçt xidməti vasitəsilə ümumilikdə 17 milyon 695 min 349 elektron məktub emal olunub.

BBN.az  XRİTDX-in rəsmi məlumatlarına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 5 % çoxdur.

Hesabat dövründə emal edilən məktubların 12 milyon 549 min 565-i istifadəçilərə çatdırılıb, 5 milyon 145 min 784 məktub isə zərərli tərkibli olduğu üçün sistem tərəfindən bloklanıb.

Xüsusilə qeyd edilməlidir ki, 2025-ci ilin IV rübündə 2 milyon 215 min 401 elektron məktub zərərli məzmun səbəbilə blok edilib. Bu rəqəm əvvəlki rüblə müqayisədə 40 % artım, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 6 dəfə çoxdur.

Qeyd edək ki, 2024-cü ildə dövlət elektron poçt xidmətinə 30 milyon 255 min 757 məktub daxil olub. Onlardan 28 milyon 142 min 767-si istifadəçilərə çatdırılıb, 2 milyon 112 min 990 məktub isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Related posts

23 yaşlı Zaur 150-yə yaxın şəxsi belə aldadıb – Kiberpolisdən əməliyyat – Video

“Allianz” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı