Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda dövlət şirkətlərinin qeyri-neft ixracı 10,5% artaraq 1,1 milyard dolları ötüb - BBN

Azərbaycanda dövlət şirkətlərinin qeyri-neft ixracı 10,5% artaraq 1,1 milyard dolları ötüb

Ötən il Azərbaycanda 10 dövlət şirkəti tərəfindən ixrac olunan qeyri-neft məhsullarının ümumi dəyəri artıb.

BBN.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2025-ci ildə dövlət şirkətlərinin qeyri-neft ixracı 1,112 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə (1,006 milyard ABŞ dolları) müqayisədə 105,9 milyon ABŞ dolları və ya 10,52% çoxdur.

Qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında 33,62% payla SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedə qərarlaşıb. Bununla belə, qurumun ixrac həcmi illik müqayisədə 8,76% azalaraq 373,9 milyon ABŞ dolları olub (2024-cü ildə 409,8 milyon ABŞ dolları).

Dövlət şirkətləri üzrə ixrac göstəriciləri aşağıdakı kimidir:

• “SOCAR Polymer” MMC – 255,6 milyon ABŞ dolları (illik 7,58% artım)
• “AzerGold” QSC – 225,7 milyon ABŞ dolları (35,07% artım)
• “Azəralüminium” MMC – 151,1 milyon ABŞ dolları (11,6% artım)
• SOCAR-ın Qaz İxrac İdarəsi – 61,7 milyon ABŞ dolları (2024-cü ildə ixrac olmayıb)
• “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC – 38,9 milyon ABŞ dolları (30,66% azalma)
• “SOCAR-Dalğıc” MMC – 1,9 milyon ABŞ dolları (2024-cü ildə ixrac olmayıb)
• “İstisu Mineral Su Zavodu” MMC – 1,7 milyon ABŞ dolları (2024-cü ildə ixrac olmayıb)
• “Azərbaycan Dəmir Yolları” QSC – 1,5 milyon ABŞ dolları (459,7% artım)
• “SOCAR-Cape” MMC – 0,731 milyon ABŞ dolları (30,54% artım)

Hesabat dövründə Azərbaycanın ümumi qeyri-neft ixracı da müsbət dinamika nümayiş etdirib. Belə ki, 2025-ci ildə qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard ABŞ dollarına çatıb.

Related posts

Azərbaycanda tikinti materialları üzrə 23 yeni dövlət standartı qəbul edilib

Xüsusi icra məmurlarının vergi inzibatçılığı ilə bağlı yeni qaydalar təsdiqlənib

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı