Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 7,2 milyard manatı ötüb - BBN

Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 7,2 milyard manatı ötüb

2026-cı il iyulun 1-nə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının ümumi həcmi 7 milyard 234,6 milyon manata çatıb.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten”ində məlumat verilib.

Bildirilib ki, bu göstərici 2018-ci illə müqayisədə təxminən 6,8 dəfə artıb. Artım daxili maliyyə bazarının inkişafının dəstəklənməsi, eləcə də xarici dövlət borcunun mərhələli şəkildə daxili dövlət borcu ilə əvəzlənməsi strategiyası çərçivəsində həyata keçirilən tədbirlərlə əlaqələndirilir.

Statistik bülletenə əsasən, iyulun 1-nə daxili dövlət borcunun 7 milyard 234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Maliyyə Nazirliyi qeyd edir ki, dövlət qiymətli kağızları bazarının genişləndirilməsi daxili maliyyə bazarının dərinləşməsinə, borclanma mənbələrinin şaxələndirilməsinə və dövlət borcunun daha səmərəli idarə olunmasına xidmət edir.

Related posts

Mərkəzi bankların qızıl alışları II rübdə kəskin artıb

Maliyyə Nazirliyi dövlət borcu üzrə statistik bülleteni ictimaiyyətə təqdim edib

Azərbaycanın dövlət borcu ÜDM-in 18,2 faizini təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı