Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda "e-KYC" platformasının tətbiqinə başlanılıb - BBN

Azərbaycanda “e-KYC” platformasının tətbiqinə başlanılıb

oristen does the financial work and calculates the cost in the home office on the desk.

Azərbaycan Mərkəzi Bankı “Öz müştərini tanı” (KYC) prinsipinin effektiv tətbiqi məqsədilə “e-KYC” platformasının konsepsiyasını hazırlayıb və platforma ilə bağlı texniki məsələlərin icrasına başlanıb.

Bu məlumat Azərbaycan Mərkəzi Bankı-na istinadən açıqlanıb.

Məlumata görə, qurumun “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində “Açıq bankçılıq yanaşmasının tətbiqinin sürətləndirilməsi”“Müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsi” tədbirləri üzrə işlər davam etdirilib.

Açıq bankçılıq ekosisteminin inkişafı mərhələli şəkildə həyata keçirilib. Hesab üzrə məlumat xidməti üçün kommersiya banklarının mərkəzləşdirilmiş infrastrukturla inteqrasiyası tamamlanıb, ödəniş əməliyyatlarının aparılması xidməti üzrə isə daxili proqram təminatı və texniki spesifikasiya hazırlanıb.

Bundan əlavə, açıq maliyyə üzrə konsepsiyanın təsdiq edilməsi və konsepsiyaya uyğun hüquqi-normativ bazanın formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Related posts

PASHA Holding-də yeni təyinat olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı iki bankı cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı