Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda faizsiz kreditlər veriləcək? - BBN

Azərbaycanda faizsiz kreditlər veriləcək?

Gələn ildən Azərbaycanda vətəndaşlara faizsiz kreditlərin təqdim olunması planlaşdırılır. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun davamlı inkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan Halal Biznes Forumunda açıqlayıb.

Onun sözlərinə görə, hazırda ölkədə İslam maliyyə məhsullarının tətbiqi ilə bağlı hüquqi və tənzimləyici bazanın formalaşdırılması istiqamətində işlər aparılır. Beynəlxalq təcrübə nəzərə alınmaqla təhlükəsiz və mərhələli yanaşma seçilib. İlkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində “İslam pəncərəsi” modeli vasitəsilə təqdim olunacaq.

Bu istiqamətdə Mülki Məcəllə, Vergi Məcəlləsi, Bankçılıq haqqında Qanun və digər normativ aktlara dəyişikliklər hazırlanaraq bank sektoruna təqdim edilib.

Related posts

Avropanın enerji bazarı “od içində”: Hörmüz qeyri-müəyyənliyi qaz qiymətlərini sıçratdı

Trampın “Hörmüz” müdaxiləsi neft qiymətlərini soyutdu: Bazarlarda qısamüddətli rahatlıq

Qızıl “gözləmə” rejimində: İran gərginliyi və FED-in faiz qərarı qiymətləri cilovlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı