Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda fond bazarına dair qanunvericiliyin təkmilləşdirilməsi müzakirə edilib - BBN

Azərbaycanda fond bazarına dair qanunvericiliyin təkmilləşdirilməsi müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında kapital bazarları sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan Kapital Bazarları Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri iştirak ediblər.

Görüş çərçivəsində 2025-ci ilin yekunları üzrə kapital bazarlarında müşahidə olunan əsas meyillər, sektorun inkişafına təsir göstərən amillər və bazar infrastrukturunun gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

Eyni zamanda kapital bazarlarının davamlı inkişafı, investisiya şirkətlərinin maliyyə dayanıqlılığının artırılması, investor hüquqlarının qorunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

T.Kazımov qeyd edib ki, görüşdə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi və kapital bazarlarının inkişafını dəstəkləyən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı