Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda icbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır - BBN

Azərbaycanda icbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır

Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda icbari fərdi qəza sığortası istiqamətində təkmilləşdirmə işləri aparılır.

“Bu, icbari fərdi qəza sığortasında sığorta növlərinin dəyişdirilməsi ilə əlaqədardır. Məsələ icbari fərdi qəza sığortasına aid olan sığorta növlərinin yenilənməsi ilə bağlıdır. Biz həm beynəlxalq təcrübəni öyrənirik, həm də bu nüansları hazırlanan konsepsiya çərçivəsində diqqətə almışıq.

Digər sahələrdə, özəlliklə də avto-icbari sığorta növündə qanunvericilik bazasına bəzi dəyişikliklərin əlavə olunmasını hədəfləyirik. Mövcud vəziyyətdə maddi zərərə görə sığorta məbləği 5 min manatdır. Həmin vəsait avtomatik olaraq yenilənən xüsusiyyətə malikdir. Başqa sözlə, vətəndaşın əmlakına 5 min manatlıq ziyan dəydikdə belə, bu limit sıfırlanmır. Məbləğ öz-özünə təkrar 5 min manat həddinə çatdırılır. Bu, avtomatik bərpa edilən sığorta limitidir.

Fərqli sığorta məhsullarında isə hadisə baş verdikdə və ödəniş edildikdə, ümumi sığorta limiti verilmiş kompensasiya həcmində aşağı salınır. Ancaq sözügedən [avto-icbari-red.] sığorta istiqamətində qaydalar fərqlənir, başqa cür desək, sığorta limiti daimi formada qorunaraq eyni səviyyədə saxlanılır”, – V. Qurbanov vurğulayıb.

Related posts

Vüsal Qurbanov: “Könüllü sığorta məhsulları vahid paketdə təqdim olunacaq”

Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb

Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini 36 %-ə yaxın artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı