Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb - BBN

Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 719,3 milyon manat olub.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,8% çoxdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,6 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 30% çoxdur.

Qeyd edək ki, bu dövrdə sığorta bazarının zərərliliyi artıb. Belə ki, ilin ilk beş ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

Related posts

Vüsal Qurbanov: “Könüllü sığorta məhsulları vahid paketdə təqdim olunacaq”

Məcnun Məmmədov: “Banklar fermerlər üçün girov tələblərini yumşaltmağa hazırdır”

Azərbaycanda icbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı