Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda icbari sığorta üzrə yığımlar 7 % artıb - BBN

Azərbaycanda icbari sığorta üzrə yığımlar 7 % artıb

Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda icbari sığorta növləri üzrə 331,339 milyon manat sığorta haqqı toplanılıb.

BBN.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin həcmi 131,691 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,5 % artım deməkdir.

Nəticədə, 11 ay ərzində icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı ödəniş kimi geri qaytarılıb. Bu göstərici ötən ilin eyni dövründə 40,7 manat olub.

Xatırladaq ki, yanvar–noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti üzrə ümumilikdə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu da illik müqayisədə 11,7 % artım deməkdir.

Eyni dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ümumi ödənişlərin həcmi 844,833 milyon manat olub ki, bu da 21,7 % artım göstərir. Beləliklə, sığorta bazarında toplanmış hər 100 manatın 61,9 manatı ödəniş edilib (ötən il – 56,8 manat).

Related posts

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı