Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda ilk sukuk emissiyasına hazırlıq gedir - BBN

Azərbaycanda ilk sukuk emissiyasına hazırlıq gedir

Azərbaycanda ilk sukukun (İslam istiqrazı) buraxılışına hazırlıq işləri aparılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda bildirib.

Onun sözlərinə görə, Azərbaycan sukukun tətbiqi üçün əlverişli mühitin formalaşdırılması məqsədilə IsDB ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində möhkəm hüquqi və tənzimləyici bazanın yaradılması, maliyyə institutlarının İslam maliyyəsi sahəsində potensialının artırılması, monitorinq və qiymətləndirmə mexanizmlərinin formalaşdırılması, eləcə də ölkənin ilk sukuk emissiyasının həyata keçirilməsi nəzərdə tutulur.

AMB sədri qeyd edib ki, bu addım maliyyə sektorunun daha da şaxələndirilməsinə, maliyyə bazarlarının dərinləşməsinə, xarici investisiyaların cəlbinə və maliyyə sisteminin dayanıqlığının güclənməsinə töhfə verəcək.

Taleh Kazımov vurğulayıb ki, İslam maliyyəsi regionlar arasında ortaq maliyyə dili rolunu oynayaraq transsərhəd investisiyaların genişlənməsini və özəl sektorun inkişafını təşviq edir.

O, həmçinin bildirib ki, Azərbaycan dayanıqlılıq yönümlü İslam maliyyə alətlərinin inkişafına xüsusi önəm verir. Onun sözlərinə görə, ölkə ESG (ekoloji, sosial və korporativ idarəetmə) prinsiplərini milli inkişaf strategiyasına inteqrasiya edib və real sektorun maliyyələşdirilməsini prioritet hesab edən İslam maliyyəsi Azərbaycanın inkişaf hədəfləri ilə tam uzlaşır.

AMB sədri əlavə edib ki, İslam maliyyəsi etik investisiyaları və sosial rifahı təşviq etməklə dayanıqlı inkişafı dəstəkləyir, spekulyativ əməliyyatlardan və həddindən artıq borclanmadan yaranan riskləri məhdudlaşdırır. Bu baxımdan, əsas prioritetlərdən biri dayanıqlılıq yönümlü İslam maliyyə alətlərinin inkişafı və daha çevik iqtisadiyyatların qurulması üçün kapitalın səfərbər edilməsidir.

Mənbə: “Report”

Related posts

Taleh Kazımov: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir

Taleh Kazımov: İslam maliyyəsinin gələcəyi kollektiv fəaliyyətdən asılıdır

Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı