Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistanda keçirilən V Daşkənd İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycan iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması istiqamətində tərəfdaş ölkələrlə birgə investisiya platformalarının formalaşdırılmasına xüsusi önəm verir.
Onun sözlərinə görə, bu təşəbbüslər regional iqtisadi inteqrasiyanın gücləndirilməsinə, investisiya axınlarının artırılmasına və yeni inkişaf layihələrinin reallaşdırılmasına töhfə verir.