Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda investisiya ilə bağlı yenilik - BBN

Azərbaycanda investisiya ilə bağlı yenilik

İnvestisiyanın dövlət tərəfindən alınması ilə bağlı qanuna dəyişiklik edilir. 

BBN.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qeyd olunub ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla – dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.

Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.

Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilə biləcək.

Related posts

Sahibkarlar “Worldfood Moscow 2026” sərgisinə dəvət olunurlar

WUF13 çərçivəsində keçirilən iclasda Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

Yanvar-aprel aylarında Böyük Britaniya ilə ticarət dövriyyəsi 3,5 milyard dolları üstələyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı