Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda könüllü sığorta üzrə yığımlar 1 milyard manatı ötüb - BBN

Azərbaycanda könüllü sığorta üzrə yığımlar 1 milyard manatı ötüb

Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 1 milyard 34,015 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə həyata keçirilən ödənişlərin həcmi 713,142 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz artım deməkdir. Nəticədə, 11 ay ərzində könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69 manatı qədər ödəniş edilib. Bu göstərici ötən ilin eyni dövründə 62,3 manat olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkəti üzrə ümumilikdə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çoxdur.

Eyni zamanda, sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin ümumi həcmi 844,833 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,7 faiz artım deməkdir. Beləliklə, 11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat səviyyəsində olub.

Related posts

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit

Mikayıl Cabbarov: 2027–2030 sosial-iqtisadi inkişaf Strategiyası üzrə işlər yekunlaşmaq üzrədir

Orxan Nəzərli: İqtisadi aktivlikdə artımın yarısı iqtisadiyyatın “ağarması” ilə bağlıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı