Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində bu günədək 5366 şəxsə aktivlər verilib - BBN

“Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində bu günədək 5366 şəxsə aktivlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində bu günədək 5366 işsiz şəxsə aktivlər verilərək üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.

Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə çıxışına şərait yaradılmasıdır.

Bu ilin ötən dövründə də proqrama daha 318 şəxs cəlb olunub. Layihəyə cəlb olunan şəxslər əvvəlcə təlimlərdə iştirak edir və təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslər avadanlıqlarla təmin olunurlar. 

Layihə üzrə 22 min işsiz şəxsin  kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.

Related posts

ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək

Elektron satınalmaların həcmi 1,7 milyard manata çatıb

Azərbaycan Banklar Assosiasiyası Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) üzvü oldu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı