Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda maliyyə icarəsi üzrə elektron müqavilələrin tətbiqi təklif olunur - BBN

Azərbaycanda maliyyə icarəsi üzrə elektron müqavilələrin tətbiqi təklif olunur

Azərbaycanda maliyyə icarəsi sahəsində elektron müqavilələrin bağlanılması və rəqəmsal həllərin tətbiqi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi təklif edilir.

Bu təşəbbüslə Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov çıxış edib.

Deputat bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafı fonunda elektron müqavilələrin bağlanılması, rəqəmsal identifikasiya və onlayn maliyyə icarəsi xidmətlərinin hüquqi tənzimlənməsi ilə bağlı müddəaların “Maliyyə icarəsi haqqında” qanun layihəsinə daxil edilməsi məqsədəuyğun olardı. Onun sözlərinə görə, bu addımlar xidmətlərin əlçatanlığını artıracaq və bazarın genişlənməsinə şərait yaradacaq.

V.Qafarov əlavə edib ki, risklərin bölüşdürülməsi ilə bağlı müddəaların daha da konkretləşdirilməsi vacibdir. Xüsusilə fors-major halları, sığorta mexanizmləri və texniki nasazlıqlarla bağlı risklərin ayrıca tənzimlənməsi tərəflər arasında hüquqi qeyri-müəyyənliyi aradan qaldıraraq müqavilə münasibətlərinin sabitliyini təmin edəcək. O qeyd edib ki, qanunun 13-cü maddəsi ümumi çərçivə təqdim etsə də, əlavə konkretləşdirməyə ehtiyac var.

Bundan başqa, deputat maliyyə icarəsi bazarının inkişafını sürətləndirmək üçün stimullaşdırıcı mexanizmlərin tətbiqini də təklif edib. Onun fikrincə, bu, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdıracaq və investisiya fəallığını artıracaq.

Eyni zamanda, nəzarət və hesabatlılıq mexanizmlərinin beynəlxalq standartlara uyğun daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu addımın maliyyə sabitliyinin qorunmasına və sektorun şəffaf inkişafına xidmət edəcəyi bildirilib.

Deputat həmçinin maliyyə icarəsi münasibətlərində mübahisələrin alternativ həlli mexanizmlərinin – mediasiya və arbitraj institutlarının qanunda ayrıca təsbit edilməsini zəruri hesab edib. Onun sözlərinə görə, bu yanaşma sahibkarlar üçün daha operativ və ixtisaslaşmış hüquqi təminat yaradacaq, eyni zamanda məhkəmələrin yükünü azaldacaq.

Sonda vurğulanıb ki, maliyyə icarəsi münasibətlərində iştirak edən fiziki şəxslərin hüquqlarının qorunmasına dair xüsusi normaların əlavə edilməsi də vacibdir. Deputat qeyd edib ki, bu sahədə informasiya asimmetriyası mövcuddur və istehlakçıların daha zəif tərəf olması onların əlavə hüquqi müdafiəsini zəruri edir.

Related posts

AMB-nin maliyyə sektorunun inkişaf strategiyası 2025-ci ildə 85,6 % icra olunub

AMB və EBRD Azərbaycanda makroiqtisadi mühiti müzakirə edib

ARDNF dövlət büdcəsinə transfertlərini açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı