Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb - BBN

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Azərbaycanda maliyyə sektoru üzrə məzunların işə qəbulunda təkcə universitet təhsili kifayət etmir, praktiki təcrübə də mühüm rol oynayır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Gülər Paşayeva “Banklar forumu və sərgisi”ndə deyib.

Onun sözlərinə görə, maliyyə sahəsində çalışan mütəxəssislərin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda real iş mühitində əldə edilmiş praktiki bacarıqlarla formalaşması vacibdir: “Universiteti bitirmək avtomatik olaraq işə qəbul olunmaq demək deyil və təcrübəsi olmayan məzunlar əmək bazarında çətinliklərlə üzləşə bilərlər. Bu səbəbdən gənclərin mümkün qədər erkən mərhələdə iş mühitinə daxil olması önəmlidir. Tələbələr hələ universitet illərində – bəlkə də birinci kursdan etibarən – korporativ mühitə daxil olmalıdırlar. Bu mühit həm dövlət, həm də özəl sektor ola bilər. Əsas məqsəd əldə olunan biliklərin praktikada necə tətbiq olunduğunu öyrənməkdir”.

G.Paşayeva qeyd edib ki, erkən mərhələdə qazanılan iş təcrübəsi gənclərin maliyyə sektorunda daha rəqabətli mütəxəssis kimi formalaşmasına kömək edir.

Related posts

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

ABB-dən 200 000 manata qədər təmir krediti

“Big Mac” indeksinə görə Azərbaycan manatı dollara qarşı 36 % ucuz qiymətləndirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı