Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda milli iqtisadiyyatın dayanıqlığının artırılması əsas hədəflər sırasındadır - BBN

Azərbaycanda milli iqtisadiyyatın dayanıqlığının artırılması əsas hədəflər sırasındadır

Azərbaycanda qarşıdakı dövrdə milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. BBN.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev “Dayaq” mükafatının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, bu istiqamətdə özəl sektorun təşəbbüskarlığı, yeni biznes ideyalarının reallaşdırılması və innovativ yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, mütərəqqi texnologiyaların transferi və ixrac yönümlü istehsal proseslərinin ölkədə təşkili sahəsində özəl sektorun rolu böyükdür.

Elnur Əliyev bildirib ki, son illər dövlət “yaşıl enerji” istehsalının artırılması və logistik imkanların genişləndirilməsi istiqamətində xarici investorlarla birgə irimiqyaslı layihələr həyata keçirir. Paralel olaraq “yaşıl dəyər” zəncirinin müxtəlif həlqələri üzrə komponent istehsalının yaradılması, eləcə də innovativ rəqəmsal layihələrin inkişafı üçün əlverişli imkanlar formalaşdırılır.

Nazir müavini, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strategiyanın təsdiqləndiyini xatırladıb. Onun sözlərinə görə, strategiyanın icrası nəticəsində rəqəmsal sektorun ÜDM-də payının artırılması, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi hədəflənir.

Elnur Əliyev vurğulayıb ki, ixrac potensialının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi də qarşıdakı dövr üçün əsas hədəflər sırasında yer alır.

Related posts

Netflix-in gəliri birinci rübdə 16,2 faiz artıb

Alman nəhəngi geriləyir: “Bosch” 17 ildən sonra ilk dəfə ili zərərlə başa vurdu

BBC-də kütləvi ixtisar: 2 min işçini ixtisar edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı