Azərbaycanda ödəniş bazarı iştirakçılarının builki dövriyyəsi 40 milyard manata yaxınlaşıb

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyalaşdırdığı ödəniş bazarı iştirakçıları 2025-ci ilin əvvəlindən bu günə qədər ümumilikdə 38,8 milyard manat dəyərində əməliyyat həyata keçirib.

Bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Baku Fintech Forum 2025 çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu göstərici ölkədə ödəniş sistemlərinin sürətli inkişafını əks etdirir:

“Bu, böyük rəqəmdir və artımın davam edəcəyini gözləyirik.”

AMB rəsmisi həmçinin qeyd edib ki, bu günə qədər 18 elektron pul təşkilatına və 8 ödəniş təşkilatına fəaliyyət üçün lisenziya verilib.

Qeyd edək ki, son illər Azərbaycanda fintex və rəqəmsal ödəniş ekosistemi dinamik şəkildə inkişaf edir, bu isə nağdsız ödənişlərin genişlənməsinə və maliyyə inklüzivliyinin artmasına töhfə verir.

Mənbə: Report.az

Related posts

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

İqtisadçı: Vətəndaşlar valyuta riskindən yayınmaq üçün portfellərini diversifikasiya edirlər

Azərbaycandan ABŞ-yə pul köçürmələri 11 mln. dollaradək artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı