Azərbaycanda problemli kreditlərin məbləği 25%-dən çox azalıb

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 494,7 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 1,5% azdır.

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankının iyul ayı hesabatına istinadən xəbər verir. 

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 16,7%, son 1 ildə isə 25,3% azalıb. Bu il iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,2% təşkil edib. Bu nisbət iyunun sonuna 2,3%, ötən ilin sonuna 2,9%, ötən il iyunun sonuna isə 3,5% olub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı