Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Close-up Of the word Tax On Wooden Blocks and a pocket watch and a calculator on the background

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,6 milyard manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.

BBN.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8% artaraq 3 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 15,2% artaraq 163,6 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,4% artaraq 121,2milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 14,8% artaraq 842 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17% artaraq 593,3 milyon manat olub.

Related posts

DVX maliyyə institutları üçün beynəlxalq hesabatlılıq standartları üzrə təlim keçirib

350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

İqtisadiyyat naziri Vyetnamın “VinFast” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı