Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olundu - BBN

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olundu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan edir.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

“Telefon rabitəsi – İKT – Rəqəmsal inkişaf”mövzusunda

Ən yaxşı veriliş

Ən yaxşı reportaj

Ən yaxşı məqalə

Müsabiqəyə təqdim olunacaq materiallarda aşağıdakı meyarlara üstünlük veriləcək:

• Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;

• Faktların və məsələlərin düzgün təhlili;

• İnformasiyalılıq dərəcəsi;

• İfadə vasitələrinin zənginliyi;

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar 25 oktyabr – 6 dekabr tarixləri aralığında yayımlanmalıdır. Materialların linkləri 140il@mincom.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif özü barədə məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim etməlidir.

Bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.

Nominasiyalar üzrə qəbul olunmuş materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Onların adları 22 dekabr tarixində açıqlanacaq.

Qaliblərə pul mükafatı təqdim olunacaq.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı