Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda vergi hüquqpozmaları üzrə cinayət işlərinin sayı 54 %-ə yaxın artıb - BBN

Azərbaycanda vergi hüquqpozmaları üzrə cinayət işlərinin sayı 54 %-ə yaxın artıb

2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı icraatda olan cinayət işlərinin sayı əhəmiyyətli dərəcədə artıb.

BBN.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatına əsasən, ötən il bu kateqoriyada 2 131 cinayət işi icraatda olub.

Bu, 2024-cü illə müqayisədə 53,9 % çoxdur.

Hesabat dövründə barəsində həbs qətimkan tədbiri seçilən şəxslərin sayı isə 2,7 dəfə azalaraq 7 nəfərə düşüb.

Başa çatdırılmış cinayət işləri üzrə vurulmuş ziyanın məbləği 3,7 dəfə artaraq 202,7 milyon manata çatıb. Həmin işlər üzrə dövlət büdcəsinə ödənilmiş vəsait isə 4,8 dəfə artaraq 156 milyon manat təşkil edib.

İcraatda olan 2 131 cinayət işinin 980-i (46 %) 2025-ci ildə başlanmış işlər olub. Daha 75 iş (3,5 %) əvvəlki ildən icraatda qalıb.

Bununla yanaşı, 1 007 işin (47,3 %) icraatı təzələnib, 39 iş (1,8 %) digər işlərdən ayrılıb, 20 iş (0,9 %) qaytarılıb, 10 iş (0,5 %) isə digər hüquq-mühafizə orqanlarından daxil olub.

Related posts

ADB AZAL-ın dayanıqlı inkişaf üzrə hesabatlılığını qiymətləndirib

“Express Business” tətbiqində yeni funksionallıq istifadəyə verildi

Maliyyə sektoru üçün Etik və Peşəkar Davranış Kodeksi ARB 24 TV-nin xəbər süjetində

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı