Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda vergi ödəyicilərinin sayı 4,9 % artıb - BBN

Azərbaycanda vergi ödəyicilərinin sayı 4,9 % artıb

Bu il fevralın 1-nə Azərbaycanda 1 682 901 vergi ödəyicisi qeydiyyatda olub.

BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur. Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son bir ildə fərdi sahibkarların sayı 4,6 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,4 % artıb.

Məlumata əsasən, bu il yanvarın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 % artaraq 205 104 vahidə çatıb.

Yanvar ayında 1 050 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 89,6 %-i yerli investisiyalı, 10,4 %-i isə xarici investisiyalı qurumlardır. Qeydiyyata alınan kommersiya qurumlarının 87 %-i elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi isə 97,6 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və digər formalarda fəaliyyət göstərir.

Fevralın 1-nə qeydiyyatda olan 136 808 kommersiya qurumu aktiv statusda olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % artım deməkdir.

Related posts

“Nike” 1400 işçini ixtisar edəcək

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb

ADB Azərbaycanı dövlət satınalmalar sisteminin modernləşdirilməsi üzrə regional layihəyə daxil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı