Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda yaşıl iqtisadiyyat siyasəti dövlət inkişaf strategiyasının əsas istiqamətlərindəndir - BBN

Azərbaycanda yaşıl iqtisadiyyat siyasəti dövlət inkişaf strategiyasının əsas istiqamətlərindəndir

Azərbaycanda həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar və müasir mərhələdə aparılan dövlət siyasəti qlobal iqlim gündəliyi və “yaşıl iqtisadiyyat” kursu ilə sıx şəkildə əlaqəlidir.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkənin inkişaf prioritetləri strateji xarakter daşıyır və iqtisadi tərəqqi ətraf mühitin mühafizəsi ilə uzlaşdırılmış şəkildə həyata keçirilməlidir.

A.Səmədzadə qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz və sağlam ətraf mühit ölkənin əsas məqsədlərindən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə Azərbaycanın təbiətin mühafizəsi sahəsində həyata keçirdiyi siyasət energetika, nəqliyyat, şəhərsalma və investisiya fəaliyyəti kimi mühüm istiqamətlərə inteqrasiya olunub.

Nazir müavini vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində formalaşdırılan “yaşıl enerji” zonaları bu yanaşmanın ən bariz nümunələrindəndir. Onun sözlərinə görə, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində həmin ərazilərdə enerji səmərəliliyi, təbii resurslardan səmərəli istifadə, eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.

A.Səmədzadə həmçinin bildirib ki, Azərbaycanda son dövrlərdə keçirilən beynəlxalq tədbirlər ölkənin ekoloji sahədə əldə etdiyi nailiyyətlərin qlobal səviyyədə tanınmasına töhfə verib. O qeyd edib ki, COP29 iqlim sammitinin uğurla təşkil olunması, “UN-Habitat”ın iştirakı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi, eləcə də BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününün təşkili bu istiqamətdə mühüm hadisələr sırasındadır.

Mənbə: “Report”

Related posts

AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib

Azərbaycan və İraq monetar siyasət və ödəniş sistemləri sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri Dövlət Vergi Xidməti ilə görüşüblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı