Azərbaycan və Özbəkistan arasında qarşılıqlı səfərlərin sayında artım qeydə alınıb.
BBN.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında Özbəkistandan Azərbaycana 42 388 nəfər səfər edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.
Hesabat dövründə Azərbaycandan Özbəkistana səfər edən vətəndaşların sayı isə 13 630 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 72,8% artıb.
Beləliklə, iki ölkə arasında qarşılıqlı turist və vətəndaş səfərlərində artım müşahidə olunub.