Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir - BBN

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

Özbəkistan və Azərbaycan mərkəzi bankları ödəniş sistemlərinin inteqrasiyası ilə bağlı müzakirələr aparır. Eyni zamanda, hər iki ölkənin ödəniş şirkətləri praktiki əməkdaşlıq imkanlarını müzakirə edirlər.

BBN.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov “İpək Yolu Maliyyə və Texnologiyalar Forumu” çərçivəsində keçirilən brifinq zamanı “Trend”in xüsusi müxbirinin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, iki ölkənin mərkəzi bankları müxtəlif platformalar vasitəsilə artıq əməkdaşlıq edir və bir neçə istiqamətdə qarşılıqlı fəaliyyət göstərir.

“Biz artıq Azərbaycan Mərkəzi Bankı ilə, məsələn, ödəniş sistemlərimizin inteqrasiyası istiqamətində praktiki müzakirələr aparırıq. Ödəniş şirkətlərimizdən bir neçəsi də Azərbaycandakı şirkətlərlə inteqrasiya məsələlərini müzakirə edir”, – İşmetov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, yaxın gələcəkdə bu əməkdaşlıqdan praktiki nəticələr gözləyir.

Onun sözlərinə görə, maliyyə texnologiyaları sahəsində əməkdaşlıq regionda bizneslər, xüsusilə startaplar və fintech şirkətləri üçün daha geniş bazarın formalaşmasına imkan yarada bilər.

İşmetov qeyd edib ki, ölkələrin yalnız öz daxili bazarlarına fokuslanması əvəzinə, əməkdaşlıq yolu ilə qarşılıqlı bazarlara çıxış imkanlarının genişləndirilməsi hər iki tərəf üçün faydalıdır.

O vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq təcrübə mübadiləsinə, eləcə də regionda maliyyə texnologiyalarının inkişafı üçün daha geniş imkanların yaradılmasına şərait yarada bilər.

Related posts

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

The leading financial forum of the Eurasian region will take place in Astana on 9–10 September

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı