Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb - BBN

Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xəzinədarlıq orqanları 376,6 mindən çox ödəniş tapşırığı icra edib.

Məlumata görə, 4 ayda icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri 12 milyard 43,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % az, proqnozdan 0,7 % çox), xərcləri 10 milyard 531,1 milyon manat (1 il əvvələ nisbətən 3,9 %, proqnozdan 3,7 % az) təşkil edib.

Son nəticədə icmal büdcədə 3 milyard 958,6 milyon manat, dövlət büdcəsində isə 3 milyard 32,9 milyon manat (illik müqayisədə 1 % çox) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 6 milyard 862,5 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 0,9 % az, proqnozdan 1,9 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 32,7 milyon manat (1 il əvvəllə müqayisədə 1,6 % az, proqnozdan 0,3 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 25 %, proqnozdan 14,8 % çox), sair daxilolmalar 141,2 milyon manat (1 il əvvələ nisbətən 22,55 % az, proqnozdan 37,3 % çox), Dövlət Neft Fondundan transfert 4 milyard 280 milyon manat (dəyişməyib, proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 229,1 milyon manat (illik müqayisədə 14,4 % çox, proqnozdan 25,3 % az) təşkil edib.

Related posts

Mərkəzi Bank innovativ maliyyə məhsullarının sınağı üçün müraciət qəbuluna başlayıb

Özbəkistanda sığorta sektorunun ÜDM-də payı Azərbaycandan aşağıdır

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı