2026-cı il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcunun həcmi 15 milyard 982 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu məbləğ cari il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 12,2 faizinə bərabərdir.
Nazirliyin məlumatına əsasən, ölkənin daxili dövlət borcunda azalma tendensiyası davam edir. Belə ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə daxili dövlət borcunun həcmi 6,96 faiz azalıb.