Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azad edilmiş ərazilərin bərpasına yarım ildə 1 milyard manatdan çox vəsait yönəldilib - BBN

Azad edilmiş ərazilərin bərpasına yarım ildə 1 milyard manatdan çox vəsait yönəldilib

2026-cı ilin yanvar-iyun aylarında işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard 64,1 milyon manat istifadə edilib.

BBN.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, bu məbləğ cari il üçün nəzərdə tutulmuş vəsaitin 30,4 faizini təşkil edir və sifarişçi qurumların təqdim etdiyi kassa sifariş sənədləri əsasında icra olunub.

Ayrılmış vəsaitin əsas hissəsi – 974,1 milyon manat infrastruktur layihələrinin həyata keçirilməsinə sərf edilib. Bu istiqamətdə avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına 489,3 milyon manat, yeni yaşayış komplekslərinin inşasına 371,1 milyon manat ayrılıb.

Bundan başqa, turizm infrastrukturunun yaradılmasına 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolu layihələrinin hazırlanması və tikintisinə 15,9 milyon manat, yaşayış məntəqələrinin elektrik təchizatının gücləndirilməsinə 15,3 milyon manat yönəldilib.

Həmçinin magistral su xətləri, tullantı və yağış kollektorları üzrə layihələndirmə və tikinti işləri üçün 7,6 milyon manat, sənaye parklarında infrastrukturun qurulmasına isə 7,3 milyon manat vəsait ayrılıb.

Nazirliyin məlumatına əsasən, hesabat dövründə səhiyyə və mədəniyyət təyinatlı sosial layihələrin maliyyələşdirilməsinə 29,8 milyon manat, minalardan təmizləmə tədbirlərinə 45,3 milyon manat, müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmirinə isə 14,9 milyon manat vəsait sərf olunub.

Related posts

Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq

Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 6,8 faiz artaraq 11 milyard manata yaxınlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı