Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın dövlət borcu ÜDM-in 18,2 faizini təşkil edib - BBN

Azərbaycanın dövlət borcu ÜDM-in 18,2 faizini təşkil edib

2026-cı il iyulun 1-nə Azərbaycan Respublikasının ümumi dövlət borcu (daxili və xarici dövlət borcu birlikdə) 23 milyard 830,6 milyon manat olub.

BBN.az xəbər verir ki, Maliyyə Nazirliyinin “2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten”inə əsasən, bu göstərici cari il üzrə proqnozlaşdırılan 130 milyard 873,5 milyon manatlıq ÜDM-in 18,2 faizinə bərabərdir.

Hesabata görə, dövlət borcunun 15 milyard 982 milyon manatı və ya 67,1 faizi daxili borcun, 7 milyard 848,6 milyon manatı (4 milyard 616,8 milyon ABŞ dolları) və ya 32,9 faizi isə xarici borcun payına düşür.

Maliyyə Nazirliyi bildirib ki, dövlət borcunun idarə olunması strategiyasında nəzərdə tutulan əsas risk göstəriciləri ilin ilk yarısında qorunub saxlanılıb. Belə ki, dəyişkən faizli öhdəliklərin ümumi borc portfelində xüsusi çəkisi 16,3 faiz təşkil edib ki, bu da strategiyada müəyyən edilmiş 50 faizlik yuxarı həddən xeyli aşağıdır.

Eyni zamanda, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 5,6 faiz olub. Bu göstərici də strategiyada nəzərdə tutulan 10 faizlik maksimum hədd daxilində qalıb.

Nazirliyin qiymətləndirməsinə görə, ilin ilk altı ayında dövlət borcunun strukturu və borc yükü üzrə əsas fiskal dayanıqlılıq göstəriciləri müəyyən edilmiş hədəflərə uyğun səviyyədə saxlanılıb.

Related posts

Mərkəzi bankların qızıl alışları II rübdə kəskin artıb

Maliyyə Nazirliyi dövlət borcu üzrə statistik bülleteni ictimaiyyətə təqdim edib

Mərkəzi Bankın sədrinin EKSKLÜZİV MÜSAHİBƏSİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı