Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Portuqaliyaya neft ixracı 45%-ə yaxın artıb - BBN

Azərbaycanın Portuqaliyaya neft ixracı 45%-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Portuqaliyaya 395 min ton xam neft ixrac edib.

BBN.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ixrac olunan neftin dəyəri 221,96 milyon ABŞ dolları təşkil edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 44,7%, dəyər baxımından isə 42,3% artım deməkdir.

Hesabat dövründə Portuqaliyanın Azərbaycanın ümumi xam neft ixracında payı 3,1% olub.

Ümumilikdə, 2026-cı ilin ilk 7 ayında Azərbaycan 12,72 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu məhsulların ümumi dəyəri 8,03 milyard ABŞ dolları təşkil edib.

Eyni dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 29,22 milyard ABŞ dolları olub. Bunun 19,34 milyard dolları ixracın, 9,88 milyard dolları isə idxalın payına düşüb.

Related posts

Qazaxıstan neftinin Gürcüstan üzərindən tranziti 5 dəfə artır

Çexiya Azərbaycandan neft idxalını dəyər ifadəsində artırıb

“Azeri Light” nefti 3,58 % bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı