Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
BBN.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,27 dollar və ya 3,58 % artaraq 94,58 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, “Azeri Light” neftinin əvvəlki qiyməti 91,31 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları hesablanıb.