Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb - BBN

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatını təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təqribən 14 milyard ABŞ dolları və ya 20 % artaraq 85 milyard ABŞ dollarını keçib.

Onun sözlərinə görə, bu göstərici Azərbaycanın ümumi daxili məhsulundan (ÜDM) 12 % çoxdur və dünyada adambaşına düşən ehtiyatların həcminə görə ən yüksək göstəricilərdən biri hesab olunur.

Əli Əsədov əlavə edib ki, ölkənin strateji valyuta ehtiyatları Azərbaycanın xarici dövlət borcunu da əhəmiyyətli dərəcədə üstələyir. Belə ki, hazırda 4,8 milyard ABŞ dolları həcmində olan xarici dövlət borcu strateji valyuta ehtiyatlarından təxminən 18 dəfə azdır.

Related posts

Azərbaycanda 58 Min İpoteka Müqaviləsi Bağlanılıb – Anar Kərimov

NVIDIA-dan tarixi uğur: Süni intellekt dalğası gəlirləri iki dəfədən çox artırdı

FED iclas protokolları: Faizlərin uzun müddət yüksək qalması və inflyasiya riski

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı